AVROPALI DEPUTATLAR NƏ İSTƏYİR? - Paşinyana dəstək verirlər, yoxsa, Rusiyaya?

Mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin (ASB) 8-ci baş tutacaq. Bu genişmiqyaslı görüşdə həm Aİ üzvləri, həm də digər Avropa ölkələrinin liderləri iştirak edəcək.

Birinci Ermənistan–Avropa İttifaqı Sammiti isə 4 və 5 may tarixlərində keçiriləcək. Bu, ikitərəfli formatda keçirilən ilk rəsmi sammitdir.

Tədbirlərə qatılmaq üçün Avropa İttifaqının iki əsas rəhbəri İrəvana gəlir - Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta,AvropaKomissiyasınınsədriUrsulafonderLyayen.

Görüşlərdə əsasən iqtisadiyyat, enerji, nəqliyyat və rəqəmsallaşma sahəsində əməkdaşlıq, həmçinin viza rejiminin liberallaşdırılması və Cənubi Qafqazda sülh, təhlükəsizlik və kommunikasiyaların bərpası məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Onu da xatırladım ki, Avropa İttifaqı Ermənistansa seçkiyə kənar müdaxilələrlə bağlı xüsusi missiya yaradıb və bu, bilavasitə Rusiyanın revanş cəhdlərinə qarşı fəaliyyət göstərəcək.

İyunun 7-də Ermənistanda taleyüklü parlament seçkiləri keçiriləcək. Rusiya bu seçkilərdə eks-prezident Robert Koçaryanın, erməni-rus oliqarx Samvel Karapetyanın liderlik etdiyi qüvvələri bütün mümkün vasitələrlə dəstəkləyir. Bunu Prezident V.Putin ötən ayın əvvəlində Kremldə Paşinyana şəxsən dedi və ondan seçkidə “Rusiyapərəst qüvvələrə” şərait yaratmağı tələb etdi.

Aylardır Rusiyada yaşayıb-işləyən ermənilər seçki prosesinə cəlb edilib, hər gün ölkəyə milyonlarla rubl göndərilir və humanitar yadım adı ilə əhaliyə dağıdılır. Rusiya mediası gecə-gündüz hakimiyyətə qarşı “qara piar”, r müxalifətin isə təbliğatın aparır. Məqsəd Ermənistanı Avrointeqrasiya xəttinə aparmağa çalışan Paşinyanı devirmək və ölkəni yenidən möhkəm iplərlə Kremlə bağlamaqdır. Məlumdur ki, revanşist qüvvələr 44 günlük müharibənin hüquqi və siyasi nəticələrini qəbul etmirlər, deməli, Rusiya da eyni mövqeni bölüşür.

Aİ isə Paşinyanın hakimiyyətdə qalmasına hər cür dəstək verir, gələn həftə İrəvanda baş tutacaq yüksək səviyyəli tədbirlər də bu istiqamətdə atılan addımlardan biridir. Bundan başqa ölkəyə yüz milyonlarla avroluq qrantlar, maddi yardımlar edilir, iqtisadiyyatın ən müxtəlif sahələrindən tutmuş məmur korpusunun təhlükəsizliyinə qədər dəstək proqramları təşkil edib.

Paşinyanın seçki platformasının ana xəttini isə Azərbaycanla sülh və əməkdaşlıq, Türkiyə ilə əlaqələrin bərpası, Avropaya inteqrasiya, ABŞ-la strateji əlaqələrin qurulması, Rusiyanın iqtisadi, siyasi, hərbi təsirindən qurtulmaq təşkil edir. Bu istiqamətdə İrəvan xeyli məsafə qət edib. Elə Moskvada Paşinyanın təhdidlərə rəğmən V.Putinin fikirlərinə əks mövqe ortaya qoyması onun əlinin xeyli güclü olduğundan xəbər verirdi.

Avropa İttifaqı ilə yanaşı Azərbaycan və Türkiyə də İrəvanın bu mövqeyini bilavasitə və dolayı yollarla dəstəkləyir. Bu həftə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi heyətin Ermənistana səfəri, hökumətlərarası komissiyanın iclasında sərhədlərin delmitasiyasına dair bütün işçi sənədlərin razılaşdırılması, habelə iqtisadi-ticarət əlaqələrinə dair yeni qərarların qəbul edilməsi Bakının mövqeyini təsdiq edir. Xüsusi olaraq qeyd edək ki, Rusiya bu prosesdə yoxdur, Kremlin bütün cəhdlərinə rəğmən tərəflər üçüncü qüvvəni kənarda saxlamağı bacardılar.

Ancaq brlə bir zamanda çox təəccüblüdür ki, əvvəlcə Niderland və Belçika parlamentləri sülh prosini zəhərləyən köhnə narrativləri qaldırır, arxasınca Avropa Parlamenti onları qətnaməsinə salır. Qətnamədə Qarabağ ərazisini tərk etmiş ermənilərin qayıtmal olduğu, Bakıda həbsdə olan terrorçu və cinayətkarların azad edilməli olduğu kimi təxribatçı fikirlər yer alır... Bakı kəskin etiraz edir, AP ilə əməkdaşlığı dayandırır. Bu narrativlər Ermənistandakı Rusiya dəstəkli revanşist qüvvələrin əsas seçki şüarıdır axı… Avroparlamentarilər bundan xəbərszidir, yoxsa, hökumətlərinin rəsmi siyasətinə qarşı çıxırlar?

Birinci paradoks: AP qətnaməsi böyük səs çoxluğu ilə qəbul olunur, Ermənistanın Aİ inteqrasiyasına, anti-Rusiya siyasətinə rəsmi dəstək verən ölkələr AP-də fərqli mövqe tuturlar;

İkinci paradoks: Avrpalı deputatlar Rusiyanın regionda əvvəlki status-kvonu bərpa olunmasına dəstək verirlər, yəni Aİ-nin rəsmi siyasətinin tam əleyhinə;

Üçüncü paradoks: Bu, Ermənistan hakimiyyətinin siyasəti ilə ziddiyət təşkil edir. Paşinyan hökuməti dəfələrlə bəyan edib ki, Qarabağ mövzusu bitib, bunu qabartmaq Rusiyanın maraqlarına xidmət etməkdir, Azərbaycanla sülhün alternativi yoxdur.

İndi Avropa Parlamentinin qətnaməsi nəyə xidmət edir?

Bu suala Avropa Komissiyası aydınlıq gətirməlidir, Paşinyan hökuməti də Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etməlidir. Burada rəsmi İrəvanın susması doğru deyil, sülh prosesində nə qədər səmimi olduğunu isbat etməlidir. Bu, qarşıdakı həftlərdə Bakını dilemma qarşısında qoymamaq üçün ən sadə yoldur…/azpolitika.info