ARAŞDIRMA: Çətənə istifadəsi depressiya və bipolyar pozuntu riskini artırır

Çətənənin xroniki istifadəsi depressiya riskini iki dəfə və bipolyar pozuntu riskini dörd dəfə artırır.

Stopnarkotik.az bildirir ki, Danimarka alimləri 1995-2021-ci il təvəllüdlü 6,6 milyon insanı əhatə edən araşdırma əsnasında bu qənaətə gəliblər. Araşdırma "JAMA" elmi jurnalında dərc olunub.
Araşdırmada 56.000 insanda kannabislə bağlı pozğunluqlar aşkar edilmişdir. Onların 41%-nə ağır depressiya diaqnozu qoyulub. 14%-də bipolyar pozğunluq üzə çıxıb.
Yeni araşdırmanın nəticələri əvvəlki tədqiqatların nəticələri ilə üst-üstə düşür. Hesab edilir ki, çətənənin əsas psixoaktiv komponenti olan tetrahidrokannabinol (THC) psixoz riskini artırır. Bu maddə beynin məlumatı emal edən və davranışı müəyyən edən hissələrinin funksiyasını pozur.

Stopnarkotik.az