Almaniya Ukraynaya 28 milyard avroluq yardım göstərib - Şolts AÇIQLADI

Ukraynanın Qərbin davamlı dəstəyinə ehtiyacı var.

Bunu Almaniya kansleri Olaf Şolts Filippin Prezidenti Ferdinand Markos ilə keçirdiyi mətbuat konfransında deyib.

Kansler qeyd edib ki, Almaniya yardıma davam edəcək, bununla yanaşı Avropa İttifaqında həmrəyliyə ümid edir:

“Biz Ukraynaya hərbi yardım göstərməliyik. Bilirsiniz ki, Almaniya bu il 7 milyard avrodan çox büdcə ayırıb. Mənim mövqeyim ondan ibarətdir ki, biz lazım olduğu qədər dəstəyi davam etdirməliyik, bu təkcə Almaniyaya deyil, bütün Avropa İttifaqına aiddir”.