Qəzza zolağında xəstəxanalarda aclıqdan ölən fələstinlilərin sayı 27-yə çatıb.
Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında kəskin susuzluq və qida çatışmazlığından iki uşağın ölümündən sonra aclıqdan ölən fələstinlilərin ümumi sayı 27-yə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağının şimalında sığınacaq və xəstəxanalardakı uşaqların 15%-dən çoxunun qida çatışmazlığından əziyyət çəkdiyini bildirib.
ÜST son aylarda Qəzza əhalisinin qidalanma səviyyəsindəki kəskin azalmanın görünməmiş səviyyədə olduğunu da vurğulayıb.