AĞ EVƏ GİRİB-ÇIXAN NARKOTACİRLƏR – Bu, rəsmilərin diqqətindən qaçıb, yoxsa...

ABŞ-ın Los-Anceles şəhərinin Şerif Departamenti rəsmiləri ilə Sinaloa Kartelinə bağlı olan şəxslər arasında əlaqələrə işıq salan maraqlı məlumatlar ortaya çıxıb.

Stopnarkotik.az xəbər verir ki, hekayə məşhur narkobaron El Çaponun oğlu İvan Qusmanın yaxın dostu və Kaliforniyanın aparıcı narkotik tədarükçüsü kimi tanınan “El Maqo” ləqəbli Eddi Eskobedonun yaxın ətrafına aiddir.

Eddi 2023-cü ildə Uillbrukda bir ziyafətdə güllələnərək öldürülmüşdü. Onun ölümündən sonra bu işə vakant yeri ən yaxın dostu Gerardo Lozano tutdu.

Qeyd etmək lazımdır ki, Gerardo Lozano və Eddie arasında iddia edilən dostluq kifayət qədər ictimai idi. Onlar bir neçə dəfə bir-birlərinin İnstaqramında, 20-dən çox paylaşımda görünüblər. İnstaqram paylaşımlarında tez-tez həm kişilər, həm də onların arvadları birlikdə ölkəni gəzir, bayram edir və eyni tədbirlərdə və şənliklərdə iştirak edirdilər.

Gerardo illərdir Sinaloa karteli üçün pulların yuyulmasında şübhəli bilinən qəssab dükanı “La Carniceria Meat Market” ət bazarının vitse-prezidentidir.

Bütün bu məlumatlara baxmayaraq, göründüyü kimi, Los-Anceles Şerif Departamenti öz polis zabitlərini Gerardonun üstünə göndərməyib. Bundan da maraqlısı odur ki, 6 avqust 2024-cü ildə bir hüquq-mühafizə qurumu olan Şerif departamenti Kaliforniya ştatının Los-Anceles dairəsinin La Puente şəhərində yeni “La Carniceria” ət mağazasının açılışında iştirak etmək barədə məlumat yayıb və bunu "yerli bizneslərlə məşğul olmaq üçün əla fürsət" adlandırıb. Və mağazanın açılışında bir çox Sinaloa narkotacirlərinin yaxın dostu olan narkokorido müğənnisi Panter Beliko da iştirak edib. Narkotacir çevrəsinin müğənnisi olan Beliko Şerif departamentinin işçiləri ilə təsadüfən” söhbət edib.

Daha sonra, 2024-cü ilin Şükran Günündə Şerif departamenti “La Carniceria” ət bazarı ilə əməkdaşlıq edərək, hadisəni sosial mediasında ətraflı şəkildə sənədləşdirərək 500 vetçina hədiyyə etmək qərarına gəlir. Üstəlik, həmin il Gerardo mağaza rəhbərliyinin digər nümayəndələri ilə birlikdə Ağ Evə dəvət alır.

Ağlabatan sual yaranır: Necə oldu ki, Ağ Ev-in qonaqları yoxlanan zaman Gerardonun narkokartellə və İvan Quzmanın əsas distribyutorlarından biri ilə əlaqəsi üzə çıxmadı?

Stopnarkotik.az

**

**