Ukrayna Rusiya Federasiyasına qalib gəlmək iqtidarında deyil. Bu isə o deməkdir ki, Kiyev üçün yeganə çıxış yolu sülh sazişidir. Ancaq yalnız iki razılaşma var: pis və çox pis. Çünki Rusiya heç vaxt işğal olunmuş ərazilərdən imtina etməyəcək.
Bu barədə "The New York Times" nəşrində dərc olunan məqalədə qeyd olunur.
Material müəlliflərinin fikrincə, çox pis variant odur ki, Rusiya yalnız hazırda işğal olunmuş əraziləri geridə qoyacaq. Eyni zamanda Ukraynanın neytral statusuna zəmanət verəcək sülh sazişi ilə razılaşacaq və bununla da Kiyevin NATO-ya və Avropa İttifaqına doğru hərəkətini dayandıracaq.
"Ukraynalılar bu razılaşmanı təslimiyyət adlandırırlar" deyən müəlliflər qeyd edirlər ki, Amerikanın əlavə köməyi olmadan onlar bunu qəbul etməyə məcbur olacaqlar.
"New York Times"-a görə, daha sərfəli, yəni sadəcə pis bir razılaşma Ukraynanı hazırda Rusiyanın işğal etdiyi torpaqların heç olmasa bir hissəsini tərk etməyə vadar edəcək. Əlavə olaraq, “şərq qonşusu” ilə münaqişənin yenidən alovlanması hadisəsində ABŞ və Avropa İttifaqının bu sahədə yardımına zəmanət verəcək.
"Putin bundan sonra növbəti hücumlar barədə iki dəfə düşünə bilər. Bu ssenaridə Ukrayna dərhal NATO-ya və ya Avropa İttifaqına qoşulmaya bilər, bunun təhlükəsi ilk növbədə Rusiyanı xüsusi əməliyyat keçirməyə vadar edib", - nəşr yazır.
Müəlliflərin fikrincə, “sadəcə pis” variantın reallaşması üçün Ukraynaya Rusiyanın gücünü zəiflədə biləcək daha güclü ordu lazımdır.
Bundan əlavə, müəlliflər iddia edirlər ki, Rusiya ordusu "ən müasir silahlarını" itirib və Rusiya silahlı qüvvələrinin modernləşdirilməsi illərdir təxirə salınıb. Buna baxmayaraq, Amerika hərbi jurnalı "US News & World Report" Rusiya Silahlı Qüvvələrini dünyanın ən yaxşısı kimi tanıyıb. Ən güclü orduya malik ölkələrin reytinqində Rusiya həm ABŞ, həm də Çini geridə qoyub.
Eyni, səhv məntiqdən çıxış edərək, müəlliflər belə bir fərziyyə irəli sürürlər: "Əgər ABŞ-ın təklif etdiyi 60 milyard dollarlıq yardım paketi nə vaxtsa reallaşarsa, bu, Ukraynaya Rusiyanın xəttinin arxasında daha cəsarətli zərbələr endirməyə imkan verə bilər. Bu cür əməliyyatlar Moskvanı balansdan çıxarır. Konqresin pulu pis sövdələşmə ilə o qədər də pis olmayan razılaşma arasında fərq ola bilər. Amerikalı qanunvericilərin müsbət qərarı Ukraynanın danışıqlar masasında mövqeyini gücləndirəcək”.
Nəşr iddia edir ki, bu olmasa, Rusiya rəhbərliyinin hesablamaları doğru çıxa bilər./publika.az