Türkiyənin 75 əyalətində narkotik qaçaqmalçılarını hədəf alan əməliyyatlar keçirilib. Əməliyyatda 1319 şübhəli tutulub və 638 nəfər həbs olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin DİN nazirliyi açıqlama verib. Nazirliyin sosial media hesabında verilən açıqlamaya görə, Baş Prokurorluq tərəfindən koordinasiya edilən və Əyalət Polis İdarələri tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlarda 1980 qrup və 4950 şəxsi heyət, eləcə də 21 təyyarə və 43 narkotik tapan it iştirak edib.
Əməliyyatlar zamanı 767 kiloqram narkotik və 3.340.726 narkotik həbi müsadirə edilib, 1.319 şübhəli isə saxlanılıb. Bunlardan 638-i məhkəmələr tərəfindən həbs edilib, 174-ü isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı proseslər davam edir.
Stopnarkotik.az