7 AVTOMAT, 1 TAPANÇA, 5 TÜFƏNG... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

İyunun 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 5 tüfəng, 6 patron darağı və 2118 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.