3,2 ton narkotik tərkibli bitki məhv edildi - RƏSMİ AÇIQLAMA

İyunun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yabanı halda bitmiş 3,2 ton çəkidə 21055 ədəd çətənə və xaşxaş kolu isə aşkarlanaraq məhv edilib.

"Bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.