2000 manatı oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanıldı

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-də Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 2000 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan yeniyetmə müəyyən edilərək saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.