Qazaxıstanın Maliyyə Monitorinq Agentliyi (MMA) cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasının qarşısının alınması Ilə bağlı araşdırmalar aparır. Bu fəaliyyətə narkobiznes və internet dələduzluğu ilə bağlı hallar da daxildir.
Məlum olub ki, qanunsuz pulların nağdlaşdırılması və leqallaşdırılması üçün istifadə edilən “RAKS Exchange” adlı kriptoservis ləğv edilib. Bu platforma vasitəsilə Qazaxıstan, Rusiya, Ukrayna və Moldovadan 200-dən çox narkomarket pul yuyub. Ümumi dövriyyə 224 milyon dollardan çox olub.
Araşdırma zamanı 4 mindən çox kriptocüzdan yoxlanılıb. 9,7 milyon dollardan çox pul bloklanıb, onlardan 3,2 milyon dollardan çox pul “RAKS Exchange” kriptoservisinin hesabına köçürülüb.
Agentlik bildirir ki, narkosəbəkələrin əsas maliyyələşmə kanalı dayandırılıb və araşdırmalar davam edir.
Stopnarkotik.az