İyunun 26-da qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, iyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 9 tüfəng, 10 patron darağı və 486 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.