Zelenski Rusiya ilə danışıqlara yalnız 1991-ci il sərhədlərinin qaytarılmasından sonra hazır olduğunu açıqlayıb. Stopnarkotik.az xəbər verir ki, Ukrayna lideri bu barədə İspaniyanın baş naziri Pedro Sançeslə keçirdiyi mətbuat konfransında bildirib.
“Fevralın 24-də olan sərhədlər bizim sərhədlərimiz deyil, o bizimlə işğalçılar arasında təmas xətti idi. Biz beynəlxalq hüquqa uyğun olaraq real sərhədlərimizdə olduğumuz zaman bu və ya digər diplomatik cəhdlərə hazır olacağıq”, deyə Vladimir Zelenski bildirib.
Stopnarkotik.az