“Yemək yeməmək üçün narkotik istifadə edirdim" - Aynurun həyat hekayəsi / II HİSSƏ

Müsahibimiz Aynurun (ad şərtidir) 28 yaşı var. Bakıda anadan olub. 13-14 yaşlarından narkotik qəbul edib. Deyir ki, ilk olaraq alkoqol istifadəçisi olub. “13 yaşımdan dərsdən sonra qızlarla pivə içməyə gedirdik”, - deyən Aynur bildirir ki, anası ona hamilə olanda atasından ayrılıb. Anası universitet müəllimi, atası iş adamı olub. Belə görünür ki, o, bir növ “arzuolunmaz övlad” olub. Görünür, elə bu səbəbdən də 1 yaşından dayələrin yanında böyüyüb, onların evində qalıb.

Atası onları maddi cəhətdən təmin etsə də, 13-14 yaşından yay aylarında işləməyə başlayıb. Alkoqol və narkotik istifadəçisi olsa da, dərslərini əlaq oxuyub və hər zaman sinif nümayəndəsi olub.

Məktəbi əla qiymətlərlə bitirən Aynur Moskva Dövlət Universitetinin (MQU) Bakı filialına daxil olub. 1 il sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinə (indiki UNEC) “perevod” alıb. İstər MQU-da, istər də UNEC-də öz savadı və bacarığı ilə seçilib.

Müsahibimiz deyir ki, ilk öncə küçələrdə reklam kağızları paylamaqla pul qazansa da, 14 yaşından barda işləməyə başlayıb. Burda çalışdığı müddətdə ağır narkotik istifadəçisinə çevrilib. Təsadüfi deyil ki, onu 14 yaşında narkoman kimi qeydiyyata almaq istəyiblər...

UNEC-də oxuduğu illərdə dindar bir xanımla tanış olub. Onun dəstəyi ilə bir müddət narkotikdən uzaqlaşıb. Hətta dinə meyl edərək bir müddət başını başğlayaraq, namaz qaılıb, orcu tutub. Elə bu illərdə ailə həyatı da qurub. Həyat yoldaşı və onun ailəsi keçmişdə narkoman olmasından xəbərsiz olub. Lakin bir gün o, ailəsindən, hətta övladından da imtina edərək, yenidən narkotiki seçib.

Övladını və xoşbəxt ailəsini narkotikə dəyişən Aynur, uzun müddət asılılıqdan əziyyət çəksə də, bir gün müalicə olunmaq qərarına gəlib. Bu məqsədlə “LIVE” Reabilitasiya Mərkəzinə üz tutub. Burada sağalmağı bacaran müsahibimiz, hazırda elə həmin mərkəzdə də çalışır.

Buyurun, Aynurun həyat hekəyəsini onun öz dilindən eşidin.

Stopnarkotik.az

Qeyd: Müsahibimizin istəyi ilə, sifətini gizləmək məcburiyyətindəyik.