Rusiya və İran gəmiləri sanksiyalardan yayınaraq malların gizli çatdırılması üçün Xəzər dənizindən fəal şəkildə istifadə edirlər.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Rusiya gəmiləri “kölgə” limanlarına siqnal göndərərək, məlumatların avtomatik identifikasiya sisteminə ötürülməsini dayandırır. Hətta onların yerini də saxtalaşdırır.
Təkcə son üç ay ərzində Rusiya bayrağı altında gəmilərin sistemə məlumat ötürülməsini dayandırdığı 600-dən çox hal müəyyən olunub. Bu isə sistemdə boşluqların yaranmasına səbəb olub.
Həmçinin qeyd edilir ki, bu yaxınlarda Xəzər dənizində Rusiya və İran arasında bu ölkələrin təşkilatlarına məxsus 12 gəmi “kölgə” limanı ilə əlaqə saxlayıb. Onlar açıq-aydın xarici aləmin onların bu limanlardakı mövcudluğu barədə mümkün qədər az məlumat almasını istəyirdi.