Xaçmaz şəhərində qadın meyiti tapılıb.
Hadisə şəhərin N.Nərimanov prospekti 68 ünvanında qeydə alınıb.
Belə ki, təxminən 40-45 yaşlarında olan Səmayə adlı qadının özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.