Əvvəlcə öldürdü, daha sonra izi itirmək üçün evi yandırdı… - XAÇMAZDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI

Cari ilin aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə cinayət hadisəsi pul mübahisəsi ilə bağlı olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.