Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
“Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün axşam saatlarından başlayaraq 26 sentyabr tarixində gün ərzində Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.