Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

 

Ukraynanın Volın bölgəsində səfərbərlikdən yayınan kişi hərbi komissarlıq işçisindən qaçmaq üçün binanın damına çıxıb.

Bu zaman Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin (Hərbi komissarlıqlara bənzər qurum) əməkdaşı səfərbərlikdən yayınan həmin şəxsi birmərtəbəli binanın damından atıb və onunla birlikdə yıxılıb.

Bu barədə Ukraynanın teleqram kanalında video yayımlanıb. Görüntülərdə hərbi geyimli şəxs bir kişini saxlamağa çalışır.

Başqa bir hərbi komissarlıq işçisi kişini aşağıda tutmağa çalışır. Həmin şəxs sonda saxlanılır./bizim.media