Üç uşaq atası niyə öldürüldü? - Xaçmazdakı qətlin təfərrüatı

Xaçmaz rayonunda qonşusunu qətlə yetrməkdə təqsirli bilinən Əhməd Yaqubovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, Xaçmaz rayonu, İzmailovka qəsəbəsində Əhməd Yaqubov 3 uşaq atası olan qonşusu Etibar Cavadovu bıçaqlayıb.

O, ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.

Polis əməkdaşları tərəfindən saxlanılan Əhməd Yaqubova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.

İş üzrə dinidirlmiş Əhməd Yaqubov ifadəsində bildirib ki, əvvəllər cinayət məsiliyyətinə cəlb olunmayıb. Yuxusu pozulduğu üçün və onda psixi gərginlik yarandığından 2019-cu ilin yanvar ayında Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Həkim ona güclü təsir edici və sakitləşdirici dərmanlar qəbul etməsini tövsiyə edib. 

Ümumiyyətlə, uzun illər yuxusuzluqdan əziyyət çəkib. Bəzən əsəbindən hərəkətlərini idarə edə bilməyib evdəki əşyaları sındırıb. Həmçinin bilək nahiyələrini də, bir neçə dəfə ülgüclə kəsib. 
Etibar Cavadovu uşaqlıq illərindən tanıyır. Aralarında həmişə yaxşı münasibət olub. 

Aprelin 6-da gün ərzində evdə olub. Ara-sıra küçəyə çıxıb siqaret çəkib. 

Saat 15:00 radələrində daxili narahatlıq keçirdiyi üçün sakitləşmək məqsədi ilə 8 həb dərman qəbul edib. Halbuki həkim reseptinə əsasən günə 1 həb qəbul etməli idi. Dərmanları normasından çox qəbul etdiyi üçün bədəni keyiyib. 

Saat 20:00 raədlərində gödəkcəsinin sağ cibinə mətbəx bıçağını qoyub küçəyə çıxıb. Ümumiyyətlə, küçəyə çıxanda həmişə bıçaq götürüb ki, kiminləsə mübahisəsi düşsə, özünü qoruya bilsin. 

Evdən bir az aralandıqdan sonra qonşusu Etibar Cavadovla rastlaşıb. Etibar zarafatca yanına çağırıb onu lağa qoymağa başlayıb. Atdığı dərmanlardan özündə olmayıb. Etibarın sözləri ona pis təsir edib və bu səbəbdən aralarında mübahisə başlayıb. 

Cavadovun fiziki cəhətdən güclü olduğunu görüb cəld cibindən bıçağı çıxarıb və alətin iti hissəsi ilə ona iki zərbə vurub. Birinci zərbə sol qoluna, ikincisi döş qəfəsinin sol tərəfinə dəyib. Zərbələrdən sonra Etibar yerində qalıb. Həyəcanlı olduğundan nə edəcəyini bilməyib. Qorxusundan evə getməyib. 

Zərərçəkmiş şəxsin hüquq varisi Cavad Cavadov ifadəsində göstərib ki, qardaşı Etibar mehriban insan olub. Heç kəslə düşmənçiliyi və ədavəti olmayıb. Əhməd Yaqubov qonşusu olub. Məhəllədə onu davakar və xain adam kimi tanıyıblar. 

Belə ki, o səbəbsiz yerə qonşulara sataşıb. Daim özünə problem axtarıb. ailə üzvlərinə qarşı da, qəddar olub. Evlərində dava-dalaş salaraq hamını narahat edib. Onunla heç kəs ünsiyyət qurmadığına görə Əhməd qonşularına qarşı kin saxlayıb. 

Aprelin 7-si gecə saat 1 radələrində Bakı şəhərində yaşadığı evdə olarkən qardaşı Bakir Cavadov zəng edərək Etibarın qonşusu Əhməd tərəfindən qətlə yetirildiyini xəbər verib.

Xaçmaza çatanda artıq qardaşının meyiti yaşadığı evə gətirilib. Növbəti gün onu kənd qəbiristanlığında dəfn ediblər.

Məhkəmə iclasında keçirilmiş təkrar kompleks stasioanar məhkəmə psixatrik və psixoloji ekspertizasının rəyindən görünüb ki, Əhməd Yaqubov cinayət əməlini törətdikdən sonra istintaq təcdirxanasında saxlanıldığı müddət ərzində onda paranoid şizofreniya formasında psixi xəstəliyin kəskinləşməsi baş verib. Buna görədə o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında deyil. 

Ona qarşı CM-nin 95-ci maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixatriya stasionarında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülüb. 

Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.

Sonda məhkəmənin hökmü ilə Əhməd Yaqubov barəsində ixtisaslaşdırılmış psixatriya stasionarında tibbi xarakterli məcburi tədbir təyin olunub. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.