Gürcüstan vətəndaşları Tiflisdə “xarici agentlər” haqqında qanuna qarşı yürüş keçirib.
Gürcüstan KİV-ləri xəbər verir ki, yürüşün keçirildiyi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bildirilib ki, ölkə vətəndaşları, o cümlədən müxtəlif universitetlərin tələbələri Azadlıq meydanından Daxili İşlər Nazirliyinin binasına doğru yürüşdə iştirak ediblər.