Oktyabrın 18-də taksi fəaliyyəti ilə məşğul olan paytaxt sakininə 20 manatlıq saxta əskinas verilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Eynullayev müəyyən olunaraq saxlanılıb.
Ondan 3 ədəd 20 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.