Şok: təcili yardım maşını qəzaya düşdü, xəstə öldü, həkimlər isə...

Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.

Stopnarkotik.az xəbər verir ki, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.

Bundan başqa, Bioloji Təbabət Klinikasının Masallı filialının 3 həkimi xəsarət alıb. Onlardan ikisinin vəziyyəti stabildir, biri isə dərhal əməliyyata alınıb.