Saatlı rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Stopnarkotik.az report.az -a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Nuruşova Rəhilə Sahib qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.