Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Rusiyanın Kursk vilayətinin Qluşkovo rayonunun Qluşkovo kəndində sakinlərin məcburi təxliyəsi elan edilib.

Bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov “Telegram” kanalında məlumat verib.

“Regional əməliyyat qərargahı Qluşkovo kənd sakininin məcburi təxliyəsi barədə qərar qəbul edib”, Smirnov qeyd edib.

Smirnov əlavə edib ki, yerli sakinlərin təxliyəsini hüquq-mühafizə orqanları, hərbçilər və yerli administrasiya koordinasiya edəcək.