Rusiyada teleaparıcı Tatyana Lazarevaya qarşı terrora haqq qazandırdığı üçün cinayət işi açılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Alşevskix bildirib.
O, bu barədə Daxili İşlər Nazirliyindən məlumat aldığını söyləyib
Qeyd edək ki, Lazareva Rusiya ordusunu nüfuzdan saldığına görə Ədliyyə Nazirliyi tərəfindən xarici agent elan olunub və DİN tərəfindən axtarışa verilib.