Başqırdıstan Respublikasının mədəniyyət naziri Amina Şafikova fevralın 18-də saxlanılıb.
Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
"O saxlanılıb", - agentliyin həmsöhbəti bildirib.
Regional KİV-in məlumatına görə, hazırda istintaq hərəkətləri aparılır. İlkin məlumata əsasən, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Şafikova 2012-ci ildən mədəniyyət naziridir.