Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə A.Q-nin cinayət işi üzrə ilk məhkəmə araşdırması yekunlaşıb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsinin başa çatdığı elan edildikdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, vaxt məhdudiyyətindən prokuror buna vaxt istəyib.
Növbəti proses martın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 27-də Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin hotelində baş verib.
1989-cu il təvəllüdlü Əsmət Qasımovanın qaldığı hoteldə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub
Həyata keçirilən araşdırmalar zamanı hadisənin qadının oğlu, 16 yaşlı oğlu tərəfindən törədildiyi məlum olub.
Araşdırmalarla məlum olub ki, o, anası ilə Türkiyədən gələrək müvəqqəti qaldığı hoteldə aralarında yaranan münaqişə zəminində hadisəni törədib. Yeniyetmə anasını öldürdükdən sonra Qazaxa gedərək polisə təslim olub.
A.Q.-yə qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülüb.