Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətində hərbçilər şəhərin və Fin körfəzinin pilotsuz uçuş aparatlarından (PUA) və digər hava təhdidlərindən müdafiəsini gücləndirir.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Aleksandr Beqlov “Vahid Rusiya” siyasi partiyasının regional bölməsinin konfransında çıxışı zamanı məlumat açıqlayıb.
Qubernator hansı tədbirlər həyata keçirildiyini də açıqlayıb: “Biz hava təhdidlərinin qarşısını almaq üçün radiolokasiya stansiyaları halqası yaradırıq, Fin körfəzinin sularını mühafizə sistemini gücləndiririk, pilotsuz uçan aparatları və digər hava təhdidlərini məhv etmək üçün vasitələrin qruplaşmasını artırırıq”.