Rusiya Azərbaycanın NATO standartlarına keçməsi açıqlamasından "ŞOKA DÜŞDÜ"

Məlum olduğu kimi, Azərbaycan Prezidenti ordunun NATO standartlarına keçdiyini elan etdi.

Prezident İlham Əliyev NATO nümayəndə heyəti ilə görüşdə bildirib ki, Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir və artıq silahlı qüvvələrini öz standartlarına keçir. O, respublikanın bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.

İş burasındadır ki, Prezident Əliyevin bu sözlərinə Rusiya KİV-lər nəinki reaksiya verib, hətta səksəkəli əks-səda veriblər. Onları Prezidentin, “Azərbaycan "keçən əsrin əvvəllərində müstəqillik qazandıqdan bəri əsas məqsədinə - torpaqlarının işğaldan azad edilməsinə" nail olub” açıqlaması qıcıqlandırıb. Dövlət başçısı ordunun modernləşdirilməsinin davam edəcəyinə əmin edib.

Xüsusən də Rusiyanın Dövlət Duması bu açıqlamaya reaksiya verib. MDB İşləri Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin sözlərinə görə, ordunun NATO standartlarına keçməsi barədə danışarkən, Prezident Əliyev etiraf edib ki, Azərbaycan "müdafiə və siyasi strategiyasını Rusiyanın maraqlarından tamamilə müstəqil şəkildə qurur". Bu şovinist təfəkkürlü Rusiya kadrlarının məntiqi heç cür anlaşılmır. Sanki Azərbaycan müdafiə və siyasi strategiyalarını Rusiyadan “icazə alaraq” qurmalı idi??? Görünür, Azərbaycanın güclənməyə doğru atdığı hər addım Moskvanı şoka salacaq…

Stopnarkotik.az