Rusiya hərbçiləri Ukrayna ilə sərhəddə iki Azərbaycan vətəndaşını qətlə yetiriblər.
Stopnarkotik.az “AzPolitika.info”-ya istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə video paylaşıb.
O bildirib ki, Rusiya hərbçiləri tankla azərbaycanlıların meyvə ilə dolu yük maşının üstündən keçib. Nəticədə Zərdab rayonunun Məmmədqasımlı kəndinin iki sakini - Orxan Mahir oğlu Əzizli və Ramiz Abuzər oğlu (soyadı qeyd edilməyib- red.) həlak olub.
Hadisənin təfərrüatını dərc etməyə çalışacağıq.