Reabilitasiya Mərkəzinə cinayət işi açılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Baş Prokurorluq “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı açıqlama yayıb.

Stopnarkotik.az xəbər verir ki, daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xatırladaq ki, əldə etdiyi məlumata görə, cinayət işi mərkəzin Sumqayıt filialında saxlanılan narkomaniyadan əziyyət çəkən şəxsin şikayəti əsasında açılıb. Belə ki, məcburi qaydada orada saxlanılan şəxs metal əşya udaraq intihara cəhd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125 və 145-ci (intihar həddinə çatdırma və qanunsuz azadlıqdan məhrum etmə) maddələrilə cinayət işi başlanıb.

Əlavə edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi narkotik və alkoqol asılılığından əziyyət çəkən jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun görüntülərini paylaşmış, lakin bu, cəmiyyətdə birmənalı qarşılanmamışdı. Mövzu ilə bağlı saytımızda da yazı dərc edilmişdi.

*** 

Stopnakotik.az xəbər verir ki, cinayət işi mərkəzin Sumqayıt filialında saxlanılan narkomaniyadan əziyyət çəkən şəxsin şikayəti əsasında açılıb. Belə ki, məcburi qaydada orada saxlanılan şəxs metal əşya udaraq intihara cəhd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125 və 145-ci (intihar həddinə çatdırma və qanunsuz azadlıqdan məhrum etmə) maddələrilə cinayət işi başlanıb.

***

Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılıb.