“Qarabağ klanı” Paşinyanı gündəmdən çıxramağa çalışır

Keçmiş müdafiə naziri, vaxtilə onun adını daşıyan “keçilməz” müdafiə xəttinin müəllifi, indi isə Ermənistan parlamentindəki Köçəryan fraksiyasının rəhbəri Seyran Ohanyan boş oturmur.

Fraksiyanın məlumatına görə, Ohanyan AŞPA, Avronest və digər beynəlxalq parlament strukturlarına məktublar göndərib. Ohanyan, əlbəttə ki, artıq tapdanmış yolla gedib və “Artsaxdakı aclığı” təsvir edərək, eyni zamanda “Azərbaycana təzyiq etmək” zərurətini xatırladıb.

Ohanyan Ermənistan hökumətinin iş üslubunu və sxemini demək olar ki, tam təkrarlayıb.

Sual yaranır: Seyran Ohanyan niyə birdən-birə siyasi opponentlərinin ardınca açıq şəkildə onların tərzini təkrar etmək qərarına gəldi?

O bunu Paşinyanın müavinlərini və məmurlarını dəstəkləmək üçün etmir. Xeyr, Ohanyan yaxşı bilir ki, İrəvanın uğursuzluqlarını səriştəsizliklə izah etmək olar və bundan istifadəyə cəhd göstərmək optimal yoldur. Çünki, hələ də Ermənistandakı “Qarabağ klanı” müəyyən resursa malikdir və vaxtaşırı özünü potensial seçicilərə göstərməyə çalışır.

Ohanyanın motivasiyası inanılmaz qədər sadədir: qarabağlılar başa düşdülər ki, Ağdamdan Xankəndinə gedən onsuz da tamamlanacaq. Və belədirsə, o zaman ideal sxem ortaya çıxır: Ohanyan məktublar yazır, eyni marşrutlar üzrə paralel danışıqlar aparıla bilər və hansısa nəticəyə gətirib çıxarsa, təbii ki, Ohanyan bunu öz hesabına yazacaq.

Stopnarkotik.az