Xəbər verdiyimiz kimi cümə günü, iyunun 23-də axşam “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin üsyan qaldırdı.
Baxmayaraq ki, cəmi bir gün sonra Priqojin geri çəkildi və sığınacaq üçün Belarusa üz tutdu. Bununla belə Priqojinin üsyanı Rusiyanı silkələdi.
Dövlət Dumasının deputatı Nina Ostanina "Telegram" kanalında məlumat yayıb ki, üsyan xəbərini eşidər –eşitməz Rusiyanın bir çox zənginləri və hətta deputatların bir qismi ölkədən qaçıb:
“Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dövlət Dumasının Təhlükəsizlik Komitəsinə baş vermiş hadisələr fonunda ölkəni tərk edənlərlə bağlı araşdırma aparmağı tapşırıb. “Fərariləri” ciddi cəza gözləyir”.