Paşinyandan daha bir BİABIRÇI addım

“Bu yaxınlarda ətraf mühit naziri Akop Simidyanla baş nazir Nikol Paşinyan arasında qızğın mübahisə baş verib”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, iyulun 10-da ətraf mühit naziri Akop Simidyan Göyçə yarımadasındakı hidrometeoroloji stansiyada quraşdırılmış yeni avtomatlaşdırılmış sistemin açılışında iştirak edib.

Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən proqram çərçivəsində quraşdırılan stansiya ətraf mühitə təsirin qiymətləndirilməsindən keçməyib. Məhz bu səbəbdən Nikol Paşinyanla Akop Simidyan arasında böyük hay-küy yaranıb.

Paşinyan onu cihazları müvafiq yoxlamalardan keçmədən quraşdırmaqda, üstəlik, bunun üçün böyük bir tədbir təşkil edərək mühüm qonaqları çağırmaqda günahlandırıb. Yəni əslində Ermənistan tərəfi elə açılışdaca qonaqların gözündə biabır olub.

Nazirliyin sözçüsü Anna Akopyan mübahisə barədə danışmayıb.