Ötən gün narkotiklə əlaqədar saxlanılanların sayı açıqlandı - RƏSMİ

Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.