“Allaha yalvarırdım ki, məni ayılt, bir daha istifadə etməyəcəm, amma cəmi 6-7 saat sonra yenidən istifadə edirdim”
“Uşaqların məktbə pullarını narkotikə verdim”
“Oğlum həyətə çıxmırdı, yoldaşları deyirdilər ki, sənin atan narkomandır”
Aydın Hüseynov 1986-cı ildə Tacikistanın paytaxtı Duşanbe şəhərində anadan olub. Həmin vaxt atasının işi ilə əlaqədar olaraq, ailəsu bu şəhərdə yaşayırmış. 1990-cı ildə isə Bakının Yasamal rayonuna köçüblər.
Aydın 23 yaşınadək pis vərdişlərdən uzaq olub. 2004-cü ildə orta məktəbi əlaq qiymətlərlə bitirərək, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirən A.Hüseynov hərbi xidmətə yollanıb. Narkotiklə ilk tanışlığı da məhz həmin il - 2009-da baş verib. Deyir ki, hərbi xidmətdən 1 həftəlik qış tətilinə buraxılaraq evə gələn zaman dostunun təklifi ilə ilk dəfə narkotik istifadə edib. Elə o vaxtdan da “yüngül” narkotiklərin istifadəsini davam etdirib.
Həmsöhbətimiz bildirir ki, valideynləri onun narkotik istifadə etdiyini bilsələr də, 7-8 il narkoman olduğunu ətrafından gizlədə bilib. Hətta 2012-ci ildə ailə qurduğu xanımı da onun narkotik istifadəçisi olduğunu bilməyib. Lakin anasının gənc yaşda vəfat etməsi tədricən daha ağır narkotiklərə meyl etməsinə səbəb olub...
Hazırda 3 övladı olan Aydın deyir ki, həyat yoldaşı narkoman olduğunu bildikdən sonra ailədə tez-tez problemlər yaşanmağa başlayıb. Lakin o, bütün bunlara əhəmiyyət verməyib. Əksinə, artıq təkcə xanımının deyil, övladlarının da yanında narkotik istifadə etməyə başlayıb.
2024-cü ilin sonunadək çox çətin günlər keçirib, özünün təbirincə desək, “dib” yaşayıb. Narkotik almağa pul tapmayanda evin bütün əşyalarını satıb, hətta qızının qulağındakı qızıl sırğaları da narkotikə dəyişib. Bütün bunlara dözə bilməyən xanımı illər sonra onu tərk etməyə məcbur olub.
2025-ci ilin yanvar ayında dostunun təkidi ilə sağalmağa qərar verən Aydın, bu məqsədlə "Start - 12” Reabilitasiya Mərkəzinə müraciət edib. Məhz bundan sonra ailəsini bərpa edə bilib.
Buyurun, 16 il fasiləsiz olaraq narkotik istifadə edən Aydın Hüseynovun həyat hekayəsini davamını onun öz dilindən eşidin.
Stopnarkotik.az