Nika Qvaramia azadlığa çıxdı və prezidentə Saakaşvili ilə bağlı çağırış etdi...

Gürcüstanın müxalifyönümlü “Mtavari Arxi” telekanalının həmtəsisçisi və baş direktoru Nika Qvaramia azadlığa çıxıb.

Stopnarkotik.az xəbər verir ki, Nika Qvaramianı həbsdə olduğu 12 saylı Rustavi cəzaçəkmə müəssisənin qarşısında ailə üzvləri, “Mtavari Arxi” telekanalının əməkdaşları, dostları qarşılayıb.

Telekanal rəhbəri mətbuata ilk açıqlamasında azadlığa buraxılmasını gözləmədiyini deyib. Əlavə edib ki, Prezident Salome Zurabişvilinin əfv qərarını Nika Qvaramia üçün deyil, prezidenti olduğu ölkə üçün qəbul edib.

Qvaramia Salome Zurabişvilini səhvində inad etməməyə və sabiq Prezident Mixeil Saakaşvilini də azadlığa buraxmağa çağırıb.