Ötən gün Şərurda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törədən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.
İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.
Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.
*** 19 oktyabr, saat 17:53
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.