Narkotik istintaqı çərçivəsində daha bir məşhur saxlanıldı

İstanbul Baş Prokurorluğunun Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən məşhur adları hədəf alan "narkotik" istintaqı davam edir.

Narkotik istintaqı çərçivəsində saxlanılan Bilal Hancı, "yaşadığı yerdən çıxmamaq" və "xaricə səyahət qadağası" şərti ilə sərbəst buraxılıb.

İstintaq çərçivəsində Abdi İbrahim Dərman Şirkətinin sədri Nezih Barutun oğlu İbrahim Barut, jurnal yazarı Mehmet Üstündağ, sosial media fenomeni Bilal Hancı və Huzur Giyim sahibi Turqut Gençalın oğlu Abdullah Gençal saxlanılıb.

Stopnarkotik.az