“Mossad” İranda əməliyyat keçirdi: SEPAH-a bağlı qruplaşmanın lideri saxlanıldı

İsrailin xarici kəşfiyyatı “Mossad” İran ərazisində əməliyyat keçirərək İslam Respublikası Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli qruplaşmanın lideri Yusef Şahbazi Abbasəlili saxlayıb.

Bu barədə İsrailin “Ynet” saytı məlumat yayıb.

Bildirilir ki, “Mossad”ın kəşfiyyat məlumatlarının köməyi ilə aralarında Pakistan vətəndaşlarının da olduğu şəbəkənin qalan üzvləri saxlanılıb.

Şahbazinin dindirilməsi zamanı planlaşdırılan hücumların təfərrüatları və bu şəbəkədə iştirak edən önəmli fiqurlar üzə çıxıb:

- “Terror aktları” SEPAH-ın kəşfiyyat xidmətinin xüsusi əməliyyatlarına cavabdeh olan 800-cü bölmə tərəfindən planlaşdırılıb;

- SEPAH “bir sıra terror aktları” planlaşdırıb, onların məqsədi israilli sahibkarlar, eləcə də pravoslav yəhudi hərəkatı “Chabad”ın Kiprdəki nümayəndəliyi;

Nəşr vurğulayır ki, İran Türkiyə ərazisindən öz məqsədləri üçün istifadə edir (Şahbazinin İrandan Türkiyəyə aviabiletlərinin fotoları var). Bununla bağlı İsrail hakimiyyəti Türkiyə hökumətinin gələcəkdə belə halların qarşısını almaq üçün lazımi tədbirlər görəcəyinə ümid etdiyini bildirib./olke.az