“Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) hücum edib, onların hamısı vurulub”.
Bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Qeyd edilib ki, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv edilib.
“Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”, - nazirlikdən bildirilib.
***10:01
Mayın 30-da səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində 2 nəfər yaralanıb.
TASS xəbər verir ki, bunu şəhərin meri Sergey Sobyanin deyib.
Yaralılara tibbi yardım göstərilib.
Merin sözlərinə görə, bir neçə PUA vurulub.
PUA hücumuna məruz qalan ərazilərdən sakinlərin təxliyəsi başlayıb. S.Sobyanin əhalini sakit olmağa, təşvişə düşməməyə çağırıb.
***09:17
Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücum edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün Teleqram kanalında bildirib.
“Mayın 30-da səhər saatlarında PUA hücumu nəticəsində şəhərdə bir neçə binaya cüzi ziyan dəysə də, tələfat qeydə alınmayıb.
Şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir”, - mer bildirib.
Bundan əlavə, Moskva yaxınlığındakı Odintsovo rayonunda partlayışların olduğu qeyd edilib. Lenin prospektindəki binanın xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı, istehkamçıların ərazidə işlədiyi bildirilib.
dirir.