Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlıların toy karvanında atışma baş verib.
Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Bildirilir ki, toy karvanında atəş açanlarla bağlı cinayət işi açılıb.
"Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi “Xuliqanlıq” ilə cinayət işi açılıb", - Rusiya DİN məlumat yayıb.