Məktəblilərə narkomaniyanın fəsadları haqda məlumat verildi - FOTO

Lerik rayon Günəşli kənd tam orta məktəbində narkomaniya və kibercinayətkarlığa qarşı mübarizə, Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq mövzusunda maarifləndirici görüş təşkil edilib.

Stopnarkotik.az xəbər verir ki, çıxış edən Lerik RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Anar Şıxəliyev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından maarifləndirici görüşlərin davamlı təşkilinin zəruriliyindən danışıb.

Narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

**