Fransanın Pas-de-Kale departamenti yaxınlığındakı La-Manş boğazında miqrantları daşıyan qayıq batıb.
Stopnarkotik.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində altı miqrant ölüb.
Fransa və Böyük Britaniyanın sahil xidmətlərinin birgə səyləri ilə qayıqda olan 50-dən çox miqrant xilas edilib.
Qeyd edək ki, Afrika və Yaxın Şərqdəki müharibələrdən və yoxsulluqdan qaçan minlərlə miqrant kiçik qayıqlarla La-Manş boğazını keçməyə çalışırlar.