Məhkəmə Nərgiz Absalamova ilə bağlı qərar verdi

"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri üç ay uzadılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov da eyni ittiham ilə həbs ediliblər.