Meksikada kartellərlə bağlı böyük siyasi çəkişmə gedir. ABŞ səlahiyyətliləri ilə bir il yarımdan çox əməkdaşlıqdan sonra “Los Çapitos” narokartelinin başçısı, məşhur narkobaron El Çaponun oğlu Ovidio Quzman Lopez ABŞ məhkəməsində günahını etiraf edib. Günahını boynuna almaq müqabilində o, 10 - 15 il həbs cəzası alaraq ömürlük həbsdən yayınacaq.
Stopnarkotik.az xəbər verir ki, səs-küyə səbəb narkobaronun korrupsiya ilə məşğul olan yüksək vəzifəli meksikalı siyasətçilərin adlarını çəkməsi olub.
Meksika prezidenti Klaudiya Şeynbaum sübut tələb edib və ittihamları əsassız adlandıraraq məhkəmə prosesini tənqid edib. Qusman ailəsinin vəkili cavabında bildirib ki, korrupsiyanın bu qədər kök saldığı bir ölkə ilə danışıqlar aparmaq absurddur.
Şeynbaum bu bəyanatı “hörmətsizlik” adlandırıb.
Amma mübahisə bununla bitməyib. Ovidionun vəkili Cefri Lixtman qalmaqallı bəyanat verib:
"Görünür, Meksika prezidenti Klaudiya Şeynbaum administrasiyasında və hökumətində korrupsiya ilə bağlı verdiyim doğru bəyanatlardan narazıdır. O, istədiyi bütün mətbuat konfranslarını keçirə bilər, lakin Meksika xalqı kimi mən də yaxşı bilirəm ki, o, ölkəsinin layiq olduğu dürüst liderdən daha çox narkotik kartelinin PR-çısı rolunda çıxış edir. Yaxın gələcəkdə daha çox deyəcəklərim olacaq".
Stopnarkotik.az