Stopnarkotik.az bildirir ki, Maltada“Çətənədən Məsuliyyətlə İstifadə Təşkilatı” (ARUC) potensial çətənə assosiasiyalarına ilk iki lisenziya verdiyini təsdiqləyib. Lisenziyalar assosiasiyalara çətənə yetişdirilmə obyektləri tikməyə icazə verir, lakin işi genişləndirməyə icazə vermir.
Birliklər“Cannabisi Məsuliyyətlə İstifadə Təşkilatı” - ARUC tərəfindən əlavə araşdırmalardan sonra lisenziya verilənə qədər çətənə yetişdirməyə başlaya bilməzlər. ARUC ofisinin icraçı sədri Leonid MakKey, “Lisenziya prinsipcə təklif olunan iş sxemini təsdiq edir. Əməliyyat lisenziyası o zaman verilir ki, assosiasiyalar çətənə yetişdirmə obyekti yaratsın və ARUC onun tələblərə cavab verdiyini təsdiq etsin”, deyə bildirir.
Lisenziyalı assosiasiyalar üçün növbəti addım onlara hüquqi şəxs statusu verən qeydiyyat nömrəsinin verilməsidir. Mart ayında elan edilən qaydalara əsasən, klublar üzvlərin şəxsi məlumatlarının qeydlərini aparmalı və "qeyri-kommersiya" tipli olmalı və “Könüllü Təşkilatlar Qanunu”na əsasən təyin edilmiş bazar qiymətləri ilə qəyyumlarına ödəniş etməlidirlər.
Yetkinlik yaşına çatmayanlara və ya klublara üzv olmayanlara satış 10.000 avroya qədər cərimə ilə üzləşir. Çətənə klubları üçün qeydiyyat haqları 50 nəfərlik üzvü olan kiçik assosiasiyalar üçün ilkin elan edilmiş minimum illik ödənişdən - 8,750 avrodan cəmi 1,000 avroya endirildi. Sayca 351-dən 500-ə qədər üzvü olan birliklər illik 26.000 avro ödəyirlər. Qanun ARUC müfəttişlərinə ümumi yoxlamalar və ya yerində yoxlamalar aparmağa icazə verir. Qaydaları pozan assosiasiyalar xəbərdarlıqdan tutmuş lisenziyanın ləğvinə qədər sanksiyalarla üzləşə bilər.
Stopnarkotik.az