Lənkəranda meşə ərazisində 22 yaşlı oğlanın asılmış vəziyyətdə meyiti tapılıb.
Bu gün günorta saatlarında Lənkəran rayonunun dağlıq kəndi olan Diryan meşə ərazisində həmin kənd sakini 2002-ci il təvəllüdlü Tərlan Əfqan oğlu Kəlbiyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb.
Məlumata görə, Tərlan Kəlbiyevin külli miqdarda borcu var idi.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır./"apa"