KURSKDA RUS HƏRBİ KOLONU VURULDU - 26 hərbçi həlak olub, 100-dən çoxu yaralanıb / VİDEO

Ukrayna Silahlı Qüvvələri Kurskda rus hərbi kolonunu məhv edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Telegram" kanallarında video yayılıb.

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.

Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.

Ehtimal olunur ki, Ukrayna tərəfi sözü gedən hərbi əməliyyat zamanı HIMARS raketlərindən istifadə edib. Hədəfə ümumilikdə 12 raket atılıb.